Azərbaycan minifutbol çempionatının qalibi müəyyənləşib.
Bu barədə AZƏRTAC məlumat yayıb, DenMedia.az xəbər verir.
Bakı Tennis Akademiyasında keçirilən həlledici oyunda “Zirə” komandası “Birbaşa Bakı” ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn “Zirə” ölkə çempionu olub.
Bürünc medallar uğrunda oyunda isə “Aznur” komandası “Sumqayıt” üzərində 6:4 hesabı ilə qələbə qazanaraq 3-cü yeri tutub.

