Opta superkompüteri Arsenal klubunu Çempionlar Liqasının əsas favoriti hesab edir.
Avropa futbolunun ən nüfuzlu klub turnirində Arsenalın qalib gəlmə ehtimalı 38,6% olaraq qiymətləndirilir. İkinci yerdə 33,3% ilə Bavariya, üçüncü pillədə isə 19,1% ehtimalla PSJ qərarlaşıb. Turnirdə ən az şans isə 9% ilə Atletikoya verilir.
Yarımfinal mərhələsində Arsenal Atletiko ilə qarşılaşacaq, Bavariya isə PSJ ilə üz-üzə gələcək.
Rusiya klubları və yığmaları 2022-ci ilin fevralından etibarən FIFA və UEFA turnirlərindən kənarlaşdırılıb. 2026-cı il fevralın 2-də Canni İnfantino bu qadağanın gözlənilən nəticəni vermədiyini və Rusiya komandalarının geri qaytarılması məsələsinə baxılmalı olduğunu bildirib. Lakin daha sonra The Times yazıb ki, FIFA Şurası Avropa ölkələrinin mümkün tənqidi səbəbilə bu məsələni gündəmə çıxarmağı planlaşdırmır.

