Azərbaycanın qadın güləş millisi Avropa çempionatını 6-cı yerdə başa vurub.
Tiranada keçirilən yarışda yığmamız 54 xal toplayaraq iki bürünc medal qazanıb. Komanda turnirdə tam heyətlə deyil, cəmi beş idmançı ilə təmsil olunub.
Bürünc medalları Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) qazanıb.
Yarışın ilk üçlüyündə isə Ukrayna, Türkiyə və Polşa yığmaları yer alıb. Onlar müvafiq olaraq 193, 122 və 114 xal toplayıblar.

