İtaliya futbol çempionatının 35-ci turunda Sassuolo "Milan"ı məğlub edib. Reggio-nel-Emilia şəhərində keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Domeniko Berardi (5-ci dəqiqə) və Arman Loryante (47-ci dəqiqə) vurublar. "Milan" 24-cü dəqiqədən etibarən Fikayo Tomorinin qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıb. Bu məğlubiyyətdən sonra "Milan" 67 xalla turnir cədvəlində üçüncü yeri tutur və mövsümün sonuna üç tur qalmış İnterdən 12 xal geri qalır. Sassuolo isə 49 xalla doqquzuncu pillədədir. Turun digər oyunlarında Bolonya Kalyari ilə 1:1 hesablı heç-heçə edib.

