Ağır çəkidə IBF, WBA, WBO və IBO versiyaları üzrə keçmiş dünya çempionu, 36 yaşlı britaniyalı Entoni Coşua Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən boks gecəsinin əsas döyüşündə 35 yaşlı albaniyalı Kristian Prenqanı məğlub edib.
Döyüş ikinci raundda başa çatıb. Coşua rəqibini nokautla məğlub edib.
Maraqlıdır ki, britaniyalı boksçu birinci raundda iki dəfə nokdauna düşüb, lakin növbəti raundda döyüşün taleyini həll edib.
Peşəkar karyerasına 2013-cü ildə başlayan Coşuanın hesabında 29 qələbə və 4 məğlubiyyət var. Onun qələbələrindən 26-sı vaxtından əvvəl qeydə alınıb.
O, həmçinin 2012-ci il London Olimpiadasında 91 kiloqramdan yuxarı çəki dərəcəsində çempion olub.
Prenqanın peşəkar karyerasında isə 20 qələbə və 2 məğlubiyyət var. Onun bütün qələbələri vaxtından əvvəl qazanılıb.

