Azərbaycan paraatleti Kamran Zeynalov Serbiyanın Novi-Sad şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələsində qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsinin məlumatına görə, dünya və Avropa çempionu 50 metr məsafədən tapança ilə atəş üzrə qarışıq P4 kateqoriyasının finalında 222 xal toplayaraq birinci olub.
Bu nəticə Kamran Zeynalova Dünya Kuboku mərhələsinin qızıl medalını qazandırıb.

