Azərbaycanın FIFA referisi Tural Qurbanov növbəti beynəlxalq təyinatını alıb.
O, UEFA Gənclər Liqasının ilk turu çərçivəsində keçiriləcək Almaniyanın Dortmund “Borussiya”sı ilə İspaniyanın “Vilyarreal” klubu arasındakı qarşılaşmanın baş hakimi olacaq.
Tural Qurbanova oyunda Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də Dortmund şəhərində yerləşən “Dortmund-Brakel” təlim-məşq mərkəzinin stadionunda keçiriləcək.

