“Barselona”nın futbolçusu Lamin Yamal Çempionlar Liqasında 20 yaşına çatmamış futbolçular arasında yeni rekorda imza atıb.
“Opta”nın məlumatına görə, 19 yaşlı ispaniyalı Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Feyenoord”la qarşılaşmada məhsuldar ötürməsi ilə bu göstəriciyə nail olub.
Yamalın Çempionlar Liqasında qol və məhsuldar ötürmələrinin ümumi sayı 21-ə çatıb – 11 qol və 10 assist. Bununla da o, turnir tarixində yeniyetmə yaşında ən çox qol iştirakına malik futbolçu olub.
“Barselona”nın gənc ulduzu bu göstəricidə Kilian Mbappeni geridə qoyub. Fransalı hücumçu 20 yaşına çatana qədər Çempionlar Liqasında 20 qol iştirakına – 13 qol və 7 məhsuldar ötürməyə imza atmışdı.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının liqa mərhələsində Bakı “Sabah”ının rəqiblərindən biridir. Mənbədəki məlumata əsasən, komandaların qarşılaşması noyabrın 25-də Bakıda keçiriləcək.

