İngiltərə Premyer Liqasının V turunda “Fulhem” və “Mançester Yunayted” arasında keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Sentyabrın 20-də Londondakı “Kreyven Kottec” stadionunda baş tutan matçın ilk hissəsində hesab açılmayıb.
İkinci hissədə “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesin avtoqolu ilə “Fulhem” hesabda önə keçib. Lakin 89-cu dəqiqədə Mateus Kunya fərqlənərək qonaqları məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra “Mançester Yunayted” 5 xalla 12-ci, “Fulhem” isə 2 xalla 19-cu pillədə qərarlaşıb.

