Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin terrorla mübarizə məsələləri üzrə müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.
Görüş zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.
Bu çərçivədə ölkəmizin BMT-nin Terrorla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın qlobal səviyyədə terrorla mübarizəyə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Söhbət zamanı Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da toxunulub.
Bildirilib ki, forum qlobal əhəmiyyətli aktual məsələlərin müzakirəsi üçün əlverişli imkan yaradacaq. Tədbirin beynəlxalq nüfuzunun ildən-ilə artdığı qeyd olunub.

