Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifətinin lideri Mariya Korina Maçado təxminən bir illik sürgündən sonra ölkəsinə qayıdıb.
Maçado bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Buradayam. Sizinləyəm”, – deyə müxalifət lideri bildirib.
Maçadonun ölkəyə qayıtmaqda əsas məqsədi azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Onun siyasi məhbusların ailələri və müxalifət nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp isə Maçadonun Venesuelaya qayıtmasından xəbərsiz olduğunu bildirib.
Tramp ölkədə vəziyyətin yaxşı olduğunu söyləyərək ABŞ-nin Venesuela üzərində tam nəzarətə malik olduğunu və hər həftə milyonlarla barel neft hasil etdiyini iddia edib.




