Avropa İttifaqında Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə irəliləyiş əldə olunmayıb. Bu barədə fevralın 23-də Brüsseldəki diplomatik mənbə məlumat verib.
“İrəliləyiş yoxdur. Plan 95 faiz razılaşdırılıb, lakin qalan fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.”
Məlumata görə, yekun qərar fevralın 23-də Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında qəbul olunacaq. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas daha əvvəl Polşada keçirilən mətbuat konfransında bildirmişdi ki, 20-ci paket həmin görüşdə təsdiqlənə bilər.
Eyni gün Reuters agentliyi yazıb ki, Aİ ölkələrinin səfirləri görüşdə razılığa gələ bilməyiblər. Paketə Rusiya xam neftinin dəniz yolu ilə daşınmasına tam qadağa da daxil edilə bilər.

