Türkiyə Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaqda maraqlı olduğunu bildirib.
Bu barədə “İnterfaks” yüksək səviyyəli Aİ-Türkiyə iqtisadi dialoqunun yekunlarına dair bəyanata istinadən məlumat yayıb.
Bildirilir ki, Türkiyə bununla bağlı Avropa Ödəniş Şurasına (EPC) məktub göndərib.
Sənəddə qeyd olunur ki, tərəflər Türkiyənin SEPA-ya mümkün qoşulmasının transsərhəd ödənişləri daha sürətli həyata keçirməyə imkan verəcəyini vurğulayıblar. Bu addımın Türkiyə ilə Avropa İttifaqı arasında ticarət və investisiyaların inkişafına töhfə verə biləcəyi bildirilib.
Görüşdə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Şurasının İnkişaf Bankının nümayəndələri də iştirak ediblər.

