İstanbulda keçirilən məhkəmə iclası zamanı bir kişi hakim qismində prosesi aparan keçmiş həyat yoldaşına atəş açıb.
Bu barədə Metro nəşri məlumat yayıb.
Məlumata görə, hakim ayağından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu və həyatına təhlükə olmadığını bildiriblər. Hücum edən şəxs — keçmiş prokuror — hadisə yerində saxlanılıb.
Baş verən insident məhkəmələrdə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Qeyd olunur ki, bir neçə ay əvvəl Albaniyada da oxşar hadisə baş verib. Həmin vaxt məhkəmə iclası zamanı bir şəxs əmlak mübahisəsi üzrə işə baxan hakimi bir neçə dəfə güllələyib. Nəticədə prosesin iştirakçıları olan ata və oğul da yaralanıblar.
Albaniyanın baş prokuroru Olsyan Çela həmin hadisəni şərh edərkən bildirib ki, baş verənlər “ədalət mühakiməsinin əsaslarını və hüquq sisteminin fəaliyyətini sarsıdır”.

