Naməlum şəxs ABŞ-ın Aydaho ştatında Şoşon dairəsinin şerif ofisində atəş açıb, üç nəfər yaralanıb. Bu barədə Shoshone News-Press (SNP) qəzeti mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, atəş açan şəxs ofisdə barrikada qurub.
“Şoşon dairəsinin şerif ofisinin binasında güllə yarası alan iki nəfər xəstəxanaya çatdırılıb... Üçüncü zərərçəkənin isə hələ də binanın içərisində olması mümkündür”, — nəşrdə qeyd olunur.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

