Bakının Xəzər rayonunda daşınmaz əmlak və torpaq sənədlərinin rəsmiləşdirilməsi adı ilə 21 100 manat dələduzluq yolu ilə ələ keçirilib.
Yerli KİV-lərin məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 60 yaşlı Elxan Abbasov saxlanılıb. Onun digər qanunsuz əməllərə görə də axtarışda olduğu bildirilib.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə təxminən 500 min manat zərər vurub.
Faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.

