Hindistanın Bihar ştatından olan, iki il əvvəl həyat yoldaşını tərk edərək sevgilisi ilə qaçan qadının meyiti çamadanda tapılıb.
India Today-in məlumatına görə, Chhoti Kumari evli olduğu dövrdə Rishabh Kumarla münasibət qurub. 2024-cü ildə ailəsinin etirazına baxmayaraq onunla qaçaraq Daman şəhərində yaşamağa başlayıb.
Qadının yoxa çıxmasından sonra yaxınları polisə həm oğurlanma, həm də itkin düşmə ilə bağlı müraciət etsələr də, cütlüyün yerini müəyyən etmək mümkün olmayıb.
Ailənin iddiasına görə, Rishabh Kumar mübahisə zamanı qadını öldürüb, meyiti çamadana yerləşdirərək hadisə yerindən qaçıb.
Cinayət Daman polisinin yol çantasının içərisində qadın meyiti tapılması barədə məlumat almasından sonra üzə çıxıb. Araşdırma zamanı meyitin Chhoti Kumariyə məxsus olduğu müəyyən edilib.
Polis şübhəli şəxsin tutulması üçün əməliyyata başlayıb. Qətlin dəqiq motivi hələ müəyyən edilməyib və istintaq davam edir.

