Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıb.
“Den.az” DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəranda keçirdiyi əməliyyatla qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.
Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı "əmi" adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.
Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Polisə xəsarət yetirmək istəyən narkokuryer tutuldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.