Maqnit qasırğası yaxın 24 saat ərzində Yerə çata bilər.
DenMedia.az xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri doktoru Sergey Boqaçev “Ostorojno, Moskva” Telegram kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün ərzində geomaqnit dalğalanmaları zəif səviyyədə müşahidə oluna bilər.
“Bunun səbəbi Günəşdəki koronal dəlikdən çıxan plazmanın Yerə təsiridir. Hələ dəqiq proqnoz vermək mümkün deyil — hər şey Günəş küləyinin sürətindən asılıdır,” — deyə alim qeyd edib.

