Fevral ayı astroloji baxımdan bir çox bürclər üçün uğurlu mərhələ kimi dəyərləndirilir.
Denmedia.az xəbər verir ki, mütəxəssislərin proqnozlarına əsasən, bu ay xüsusilə Buğa, Şir, Əqrəb və Balıqlar üçün müsbət enerjilərlə yadda qalacaq. Buğa bürclərini maliyyə baxımından sabitlik və gəlir artımı gözləyir, yeni iş imkanları gündəmə gələ bilər.
Şir bürcləri karyerada yüksəliş, nüfuzun artması və ətrafındakıların dəstəyini qazanmaq baxımından şanslı olacaq. Əqrəblər üçün fevral ayı köhnə problemlərin həll olunduğu, həm maddi, həm də şəxsi həyatda rahatlığın yarandığı bir dövr kimi görünür.
Balıqlar isə sevgi, yaradıcılıq və şəxsi inkişaf sahəsində xüsusilə uğurlu mərhələ yaşayacaq. Astroloqlar bu bürclərə fevral ayında cəsarətli qərarlar verməyi və qarşılarına çıxan fürsətləri dəyərləndirməyi tövsiyə edirlər.v

