Onkoloji xəstəliklərin təkrar etmə hallarının (residivlərin) böyük əksəriyyəti remissiyaya nail olunduqdan sonrakı ilk beş il ərzində baş verir. Bu barədə NEWS.ru-ya açıqlamasında **onkoloq-mammoloq, “Onkologika” fondunun eksperti Umar Khomidi bildirib. Onun sözlərinə görə, məhz bu statistik fakt həkimlər və pasiyentlər üçün əsas anlayışlardan biri olan “beşillik sağqalma” terminini formalaşdırır.
“Onkologiyada xəstəliyin heç vaxt geri qayıtmayacağına söz vermək mümkün deyil. Müalicə ideal şəkildə aparılsa belə, xəstəlik illər sonra yenidən ortaya çıxa bilər. Sağqalma isə dəqiq hesablana və minlərlə pasiyent üzərində yoxlanıla bilən göstəricidir. Beşillik müddət ona görə seçilib ki, residivlərin əksəriyyəti məhz ilk beş ildə baş verir. Əgər insan bu dövrü residivsiz keçiribsə, xərçəngin geri qayıtma ehtimalı əhəmiyyətli dərəcədə azalır,” — deyə Xomidi izah edib.

