Klinik psixoloq, bədən terapevti Sergey Volkov bildirib ki, anlayışı ilk dəfə Ziqmund Freyd tərəfindən irəli sürülən narsistik travmanı narsisistik şəxsiyyət pozuntusu ilə qarışdırmaq olmaz. Sonuncu psixiatrik diaqnozdur, birincisi isə özünüdəyərin zədələnməsi ilə bağlı psixoloji travma formasıdır.
Narsistik travma — özünə qiymətin xarici təsdiqdən asılı hala gəlməsidir. İnsan qısa müddətli özünəinam və üstünlük hissi yaşaya bilər, amma zamanın böyük hissəsində daxildə utanc, qorxu və “ifşa olunmaq” təşvişi daşıyır.
“Belə insanlar sanki daim öz dəyərsizliyinin üzə çıxacağından qorxurlar.”
Volkovun sözlərinə görə, bu travma çox vaxt uşaqlıqda yaranır. Uşağa emosional dəstək verilmədikdə, onun fərqliliyi qəbul olunmadıqda və sevgi üçün daim “layiq olduğunu sübut etməsi” tələb olunduqda özünüdəyər sistemi zədələnir. Valideyn onu yalnız “düzgün” davranış göstərdikdə qəbul edirsə, uşaq özünü inkar etməklə mövcudluğuna görə cəzalanmaq arasında qalır.
Belə insan böyüyəndə daxilində “mən kifayət qədər yaxşı deyiləm” inancı ilə yaşayır və ömrü boyu bunun əksini sübut etməyə çalışır.
Paradoks isə budur ki, daim özünü sübut etməyə öyrəşmiş insanlar tez-tez böyük uğurlar qazanır, sosial baxımdan yüksək nəticələr əldə edirlər. Xaricdən güclü görünən bu uğur çox zaman daxildəki boşluğu kompensasiya mexanizmi kimi işləyir.
Narsistik travma güc nümayişi deyil, kövrək özünüdəyərin maskalanmış formasıdır.

