İyulun 1-dən etibarən Azərbaycanda BakıKart kartının qiyməti 2 manatdan 3 manata qaldırılacaq.
Qeyd olunur ki, BakıKart nəqliyyat kartları sərnişinlər tərəfindən 2015-ci ildən istifadə edilir və bu müddət ərzində onların qiyməti dəyişməyib. Qiymətin artırılması qərarı kartların istehsalı, texniki xidməti, logistika və infrastruktur xərclərinin artması ilə bağlıdır.
Şirkət həmçinin xatırladıb ki, son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda sərnişinlər gedişhaqqını təkcə BakıKart vasitəsilə deyil, həm də bank kartları, NFC funksiyalı mobil cihazlar və QR-kodlar vasitəsilə ödəyə bilirlər.
Bununla belə, dəyişiklik yalnız yeni kartların qiymətinə şamil olunacaq. Kartların balansı və gediş tarifləri əvvəlki kimi qalacaq.

