FIFA 2026-cı il dünya çempionatında azarkeşlər üçün ödənişli xidmət istifadəyə verəcək.
Bu barədə The Athletic yazır.
Məlumata görə, 79 dollar qarşılığında azarkeşin adı oyunöncəsi isinmə zamanı stadionun tablosunda göstərilə bilər.
Xidmət qrup mərhələsinin bütün 72 oyunu üçün əlçatan olacaq. Mesajın uzunluğu 30 simvoldan çox olmamalı və burada emojilərdən istifadə edilməməlidir.

