ABŞ-da zooparkın iki əməkdaşı canavarların hücumuna məruz qalıb. Bu barədə The Sun yazır.
Hadisə baxıcıların ölmüş dişi canavarın cəsədini götürmək üçün volyerə daxil olduğu vaxt baş verib. Volyerdə qalan iki canavar narahatlıq və aqressiya nümayiş etdirərək sürüdəki yoldaşlarını qorumağa çalışıb.
Yırtıcılar qadınlara hücum ediblər. Baxıcılardan biri əlindəki bel ilə özünü müdafiə etməyə çalışıb və volyerdən çıxa bilib. İkinci əməkdaş isə canavarlardan biri ilə volyerin içərisində qalıb və yanğınsöndürənlər gələnə qədər oradan çıxa bilməyib. Xilasedicilər onun təhlükəsiz şəkildə çıxması üçün nərdivan endiriblər.
Qadın ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Şəhər rəhbərliyi hücumu “hadisədə iştirak edən hər kəs üçün travmatik təcrübə” adlandırıb. Administrasiyanın bəyanatında qeyd olunur ki, canavarlar dərin sosial bağlara malik heyvanlardır və onların aqressiyası instinktiv müdafiə reaksiyası olub. Hər iki yırtıcı baytar tərəfindən müayinə edilib və sağlam hesab olunub.

