Alliqator Luiziana ştatının polisinə sərxoş sürücünü saxlamağa kömək edib. Bu barədə NBC News telekanalı məlumat yayıb.
Hadisə Cefferson-Pəriş dairəsində baş verib.
Polis 40 yaşlı Viktor Rivasın avtomobilini saxladıqda o, qaçmağa çalışıb. Onun qaçış yolu bataqlıq ərazidən keçib və burada ona alliqator hücum edib. Rivas sürünəndən xilas ola bilsə də, hüquq-mühafizə orqanlarından gizlənə bilməyib.
Nəticədə kişi qollarında kəsilmiş və cırılmış yaralarla xəstəxanaya yerləşdirilib, daha sonra isə həbs olunub. Polis xatırladıb ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək təhlükəli nəticələrə səbəb ola bilər.

