Yüksək dozada sinkin uzun müddət qəbulu misin mənimsənilməsini poza və onun çatışmazlığına səbəb ola bilər.
Bu barədə NEWS.ru-ya Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnoye xəstəxanasının terapevti Zarəma Ten məlumat verib.
Onun sözlərinə görə, belə hallarda anemiya və neyronlarla bağlı problemlər yarana bilər.
“Yüksək dozada sinkin (sutkalıq normadan xeyli artıq) uzunmüddətli qəbulu misin mənimsənilməsini poza və onun çatışmazlığına gətirib çıxara bilər. Bu isə anemiya və neyronlarla bağlı problemlərlə nəticələnə bilər. Buna görə də tərkibində 15–20 mq-dan çox sink olan keyfiyyətli komplekslərə balans üçün adətən az miqdarda mis (1–2 mq) əlavə edilir.”
Ekspert əlavə edib ki, yüksək dozada dəmir preparatları (məsələn, anemiyanın müalicəsi üçün) sinkin mənimsənilməsini azalda bilər və əksinə.
“Onları günün müxtəlif vaxtlarında qəbul etmək daha məqsədəuyğundur, məsələn, dörd-altı saat fasilə ilə.”
Denmedia.az
━━━━━━━━━━━━━━━━━━

