İngiltərədə aparılan araşdırmaya görə, böyüklərin 56 faizi həftədə ən azı üç dəfə analarının dediyi cümlələri təkrarladığını etiraf edir. Araşdırma göstərir ki, insanlar təxminən 37 yaşında valideynlərinin davranışlarını və sözlərini təkrarlamağa başlayır.
Ən çox səsləndirilən ifadə isə “Pulu küçədə tapmamışıq” olub və bunu respondentlərin 70 faizi istifadə etdiyini bildirib.
Digər tez-tez təkrarlanan “ana sözləri”:
- “Ağzında yemək ola-ola danışma”
- “İndi onu yesən, axşam yemək yeməyəcəksən”
- “Nə deyirsən, ‘zəhmət olmasa’ de”
- “Tərəvəz ye”
Araşdırmaya görə, uşaqlıqda bu sözləri qulaqardına vuranların 48 faizi böyüdükdən sonra analarının haqlı olduğunu anlayır.
Eyni zamanda, valideynlərin 36 faizi övlad sahibi olduqdan sonra öz valideynlərinə daha çox bənzədiyini fərq edir. Bununla belə, 12 faiz isə buna bənzəmək istəmədiyini bildirib.


