Yuxusuzluğun səbəbi düşündüyünüzdən fərqli ola bilər — problem ayaqlardakı qan dövranı ilə bağlıdır. Bu barədə Daily Mail yazır.
Mütəxəssislər bildirir ki, xroniki venoz çatışmazlıq çox vaxt adi yorğunluq və ya stress kimi qəbul edilir, lakin əslində yuxu problemlərinin gizli səbəbi ola bilər.
Adətən insanlar yuxusuzluğu stress, narahatlıq, hormon dəyişiklikləri, çox gadget istifadəsi və ya kofeinlə əlaqələndirirlər. Lakin ekspertlər ayaqlarda qan dövranının pozulmasının da mühüm rol oynaya biləcəyini vurğulayır.

Varikoz və xroniki venoz çatışmazlıq gecə ağrıları, qıcolmaları və hətta narahat ayaq sindromuna bənzər simptomlar yarada bilər.
Bu isə o deməkdir ki, yuxusuzluqdan şikayət edən bəzi insanlarda əsl problem aşağı ətraf venalarında ola bilər.

