Astroloqlar hesab edirlər ki, bəzi bürclər insanlarla asanlıqla ortaq dil tapır, bəziləri isə münasibətlərdə daha çətin xarakter nümayiş etdirir.
Onların fikrincə, elə bürclər var ki, tez aşiq olur, daha rahat münasibət qurur və güclü bağ yarada bilir. Bəzi bürclər isə uzun müddət öz ruh əkizini tapmaqda çətinlik çəkir.
Astroloqlar münasibətlərdə ən çətin bürc kimi Dolçanı göstərirlər. Bildirilir ki, bu bürcün nümayəndələri azadlığı yüksək qiymətləndirir, nəzarəti sevmir və çox vaxt kompromisə getməkdə çətinlik çəkirlər.
Dolça bürcü insanları adətən ağıllı, maraqlı, xarizmatik və ünsiyyətcil görünürlər. Lakin bununla yanaşı, onlar emosional baxımdan qapalı ola bilirlər. Bu səbəbdən qarşı tərəf onların əsl hisslərini anlamaqda çətinlik çəkə bilər.
Astroloqların fikrincə, Dolçalar rutin və eynilikdən tez yorulurlar. Onlara şəxsi məkan, sərbəstlik və daxili azadlıq hissi lazımdır. Münasibətdə təzyiq, həddindən artıq qısqanclıq və nəzarət hiss etdikdə isə yaxın olduqları insandan belə uzaqlaşa bilərlər.
Bu səbəbdən bir çox Dolça ciddi münasibətlərdən qaçır və ya uzun müddət tək qalmağa üstünlük verir.
Mütəxəssislər qeyd edirlər ki, Dolçalar zahirən açıq və rahat görünə bilsələr də, insanlara tez etibar etmirlər. Onlar kimisə daxili dünyalarına buraxmaq üçün zamana ehtiyac duyurlar. Hisslərini və zəif tərəflərini açıq ifadə etməkdə çətinlik çəkmələri isə tərəfdaşda soyuqluq və laqeydlik təəssüratı yarada bilər.
Bununla belə, astroloqlar Dolçaların təkliyə məhkum olmadığını vurğulayırlar. Onlar da sağlam və xoşbəxt münasibət qura bilərlər. Bunun üçün yanlarında onları dəyişdirməyə və idarə etməyə çalışmayan biri olmalıdır.

Astroloqlara görə, Dolça ilə ən uyğun münasibət qura bilən bürclər Əkizlər, Tərəzi və Oxatandır. Bu bürclər adətən tərəfdaşın azadlığına hörmət edir və qeyri-standart düşüncəni daha rahat qəbul edirlər.
Lakin münasibətin uğurlu olması üçün Dolçaların da daha çox etibar etməyi, hisslərini açıq ifadə etməyi və qarşı tərəfi emosional olaraq uzaqda saxlamamağı öyrənməsi vacibdir.

