Prof. Dr. Canan Karatay son illərdə populyarlığı artan sintetik kollagen əlavələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Qablaşdırılmış kollagen tozları və tabletləri əvəzinə ənənəvi qidalara üstünlük verilməli olduğunu bildirən Karatay deyib:
“Sintetik tabletlər qəbul etməkdənsə, kəllə-paça, ayaq-paça yeyin, sümük suyu için”.
Karatay kollagenin orqanizm tərəfindən mənimsənilməsi üçün C vitamini və sağlam yağların da vacib olduğunu vurğulayıb. O, insanları təbii qidalanmaya qayıtmağa çağırıb.

