Kosmetoloq Nana Nosareva bildirib ki, kollagen qəbulu bütün qırışları tam aradan qaldırmağa və qocalmanı dayandırmağa kömək etmir.
O, “Gazeta.Ru”ya açıqlamasında qeyd edib ki, kollagen qısa müddətdə oynaqları bərpa edən vasitə də deyil və bu tip reklam vədləri ciddi şəkildə şişirdilir.
“Kollagen dərman deyil və "sehrli həb" sayılmır. O, qırışları tam yox edə, kosmetoloji prosedurları əvəz edə, qocalmanı dayandıra və ya ‘oynaqları bir aya bərpa edə’ bilməz. Əgər insanda dəri, oynaq və ya saçla bağlı ciddi problemlər varsa, səbəbi araşdırmaq lazımdır, əlavələrə güvənmək yox”,deyə Nosareva bildirib.
Mütəxəssis əlavə edib ki, kollagenin real təsiri yalnız bir neçə ay müntəzəm qəbuldan sonra görünə bilər. Bu nəticə də adətən keyfiyyətli qidalanma və fiziki aktivliklə birlikdə mümkün olur.
Effektiv nəticə üçün sağlam həyat tərzinə əməl etmək, xüsusilə rasionda kifayət qədər zülal və vitaminlərin olmasına diqqət yetirmək vacibdir.

