Hər insanın başqalarının tənqidinə münasibəti fərqli olur. Bəziləri eşitdikləri hər sərt sözə görə narahat olur, bəziləri isə belə fikirləri sadəcə qulaqardına vurur.
Astroloq Lyudmila Bulqakova başqalarının tənqidinə reaksiya verməyən bürcləri açıqlayıb.
Onun sözlərinə görə, bu siyahıda ilk yerdə Əkizlər dayanır. Astroloq bildirir ki, Əkizlər tez-tez fikirlərini dəyişə bilirlər və öz şəxsiyyətləri ilə bağlı da fərqli baxışlara sahib ola bilərlər. Lakin buna baxmayaraq, onlar özlərinə yönələn tənqidi qəbul etməyə meyilli deyillər.

Siyahıda ikinci bürc Dolçadır. Bulqakovanın fikrincə, Dolçalar ətrafdakıların onlar haqqında nə düşündüyünə çox vaxt əhəmiyyət vermirlər. Onlar üçün əsas məsələ məqsədlərinə çatmaqdır, başqalarının fikri isə ikinci planda qalır.
Astroloq tənqidə reaksiya verməyən bürclər sırasında Şirləri də qeyd edib. Onun sözlərinə görə, Şirlər özlərinə yüksək güvənləri ilə seçilirlər və ünvanlarına deyilən sərt sözləri çox vaxt paxıllıq kimi qəbul edirlər.

