Başqalarına kömək etmək normaldır, lakin bu zaman insan öz ehtiyaclarını və hisslərini unutmamalıdır.
Psixoloq Diana Podolskaya “Krasnodar” telekanalına açıqlamasında bildirib ki, problem insanın özünü başqasının həyatına görə məsul hesab etməsi ilə başlayır.
Onun sözlərinə görə, şəxs öz maraqlarını arxa plana keçirir və kiməsə köməkdən imtina etdikdə günahkarlıq hissi yaşayırsa, bu, “xilasedici sindromu”nun əlaməti ola bilər.

Mütəxəssis qeyd edib ki, belə davranış emosional tükənməyə gətirib çıxarır. Bundan əlavə, həmin şəxsin qayğısı münasibətlərdə zamanla adi və məcburi davranış kimi qəbul edilə bilər.
Psixoloq vurğulayıb ki, həqiqi dəstək hər şeyi başqasının əvəzinə etmək deyil. Daha faydalı yanaşma həmin insana öz həll yolunu tapmağa kömək etmək və məsuliyyəti onun özündə saxlamaqdır.

