Körpənin ən azı üç aylığadək valideynlərdən ayrı çarpayıda yatması tövsiyə olunur.
Piroqov Universitetinin neonatologiya kafedrasının assistenti Vasilisa Avramenko “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, körpə arxası üstə, yastıqsız və sərtliyini saxlayan döşək üzərində yatmalıdır.
Mütəxəssisin sözlərinə görə, körpənin çarpayısında yumşaq kənarlıqlar, yorğanlar və oyuncaqlar olmamalıdır. Çünki uşaq yuxuda yumşaq əşyaya üzü ilə söykənə və bu, tənəffüsün dayanması riskini yarada bilər.

Avramenko qeyd edib ki, valideynlərlə eyni çarpayıda yatmaq üç aydan əvvəl təhlükəsiz hesab edilmir. Üç aydan sonra da birgə yuxu zamanı xüsusi təhlükəsizlik qaydalarına əməl olunmalıdır.
Neonatoloq otaqdakı temperaturun 18–26 dərəcə arasında saxlanılmasını, məkanın mütəmadi havalandırılmasını və nəm təmizliyin aparılmasını da tövsiyə edib.

