Avqustun 4-də bütün bürclərin zehni fəaliyyəti və öyrənmək qabiliyyəti güclənəcək. Bu gün əldə olunan biliklər gələcəkdə faydalı ola, yaranan ideyalar isə uğurlu nəticələr verə bilər.
Astroloqların fikrincə, xüsusilə Şir, Əqrəb və Balıq bürcləri bu gün mühüm ilham alacaq.
Şir
Uzun müddətdir peşə və ya fəaliyyət sahəsini dəyişmək istəyən Şirlər nəhayət hansı istiqamətdə irəliləməli olduqlarını anlayacaqlar. Bu qərar həm mənəvi, həm peşəkar, həm də maddi baxımdan uğur gətirə bilər.
Əqrəb
Uzun müddətdir üzərində çalışdığı layihəni başa çatdırmaqda çətinlik çəkən Əqrəblər problemin həlli üçün gözlənilməz və uğurlu ideya tapacaqlar. Bu, işi uğurla yekunlaşdırmağa imkan verəcək.
Balıq
Xüsusilə yaradıcılıq sahəsində çalışan Balıqlar son vaxtlar ilham çatışmazlığı hiss edirdilər. Bu gün isə həm maraqlı, həm də gəlir gətirə biləcək yeni ideya əldə edəcək və hansı istiqamətdə irəliləməli olduqlarını daha aydın görəcəklər.

