Qatıq və çia toxumlarından hazırlanan pudinq bütün gün üçün enerji verə bilər. Dietoloq və endokrinoloq Alyona Barredo bu qeyri-adi məhsulu faydalı qidalar sırasında göstərib. Onun fikirlərini “Abzas” nəşri sitat gətirib.
Mütəxəssisin sözlərinə görə, belə pudinqin faydasının sirri onun tərkibindədir. Məhsulun tərkibində çoxlu zülal və mikroelementlər var, qatıq isə özlüyündə faydalı süd turşusu bakteriyaları ehtiva edir. Bundan əlavə, çia toxumları orqanizmi yüksək miqdarda liflə təmin edir.

“Bu kombinasiya qida maddələrinin tədricən mənimsənilməsi xüsusiyyəti sayəsində effektivdir. Bu halda insan qanda ‘insulin dalğalanmaları’ yaşamır. Məhz belə dalğalanmalar çox vaxt güc itkisinə və halsızlığa səbəb olur”, — deyə Barredo bildirib.

