Lerik rayonunda 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 11:14-də Lerik stansiyasından 16 kilometr cənub-şərqdə zəlzələ baş verib.
Zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

