Bu gün — 27 Sentyabr Anım Günündə saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Eyni zamanda, Vətən müharibəsinin başlanmasından 6 il ötür. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ölkə üzrə ehtiramla anılır. 27 sentyabr Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə Anım Günü elan edilib.

