ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin qış başlamazdan əvvəl həll oluna biləcəyini istisna etməyib.
Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın gələcəkdə sülh sazişinin şərtləri ilə bağlı razılığa gələ biləcəyinə ümid edir. ABŞ lideri bundan əvvəl də Zelenski ilə görüşündə münaqişənin qışadək həllinə ümid etdiyini bildirmişdi.
“Ümid edirəm ki, o qədər də uzaq olmayan gələcəkdə, bəlkə də sərt qış başlamazdan əvvəl onlar razılaşma əldə edəcəklər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti konkret olaraq hansı ilin qışını nəzərdə tutduğunu və yaxın zamanda razılaşmanın əldə oluna biləcəyinə dair hansı əsasların olduğunu açıqlamayıb.
Tramp vurğulayıb ki, əsas istəyinin Zelenskinin razılaşmaya getməsi və Putinlə, Putinin isə öz növbəsində Zelenski ilə razılığa gəlməsi olduğunu bildirib.

