Türkiyənin şimalında yerləşən Samsun vilayətinin Yakakent rayonunda dənizdə pilotsuz uçuş aparatına (PUA) aid quyruq hissəsi tapılıb. Bu barədə DHA məlumat yayıb.
Məlumata görə, hadisə Yakakentin Dikmen ərazisi yaxınlığında baş verib. Dənizdə naməlum obyekt görən şəxslər Sahil Mühafizəsi əməkdaşlarına məlumat veriblər.

Hadisə yerinə gələn əməkdaşlar obyektin pilotsuz uçuş aparatının quyruq hissəsi olduğunu müəyyən ediblər. Tapılan fraqment sudan çıxarılaraq araşdırılması üçün aidiyyəti qurumlara təhvil verilib.
PUA-nın kimə məxsus olduğu və hansı səbəbdən dənizə düşdüyü hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başlanıb.

