Sentyabrın 28-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18–20 dərəcə, gündüz isə 26–29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60–70, gündüz isə 45–55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarından başlayaraq bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan, şimşək və dolu olacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 15–20, gündüz 26–31 dərəcə isti, dağlarda isə gecə 7–12, gündüz 15–20 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidməti həmçinin sentyabrın 28-i axşamdan başlayaraq bəzi rayonlarda yağıntıların intensivləşə biləcəyi barədə xəbərdarlıq yayıb.

