Bakıda “Formula-1”lə bağlı tətbiq edilən yol məhdudiyyətləri aradan qaldırılır
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri 26-dan 27 sentyabra keçən gecə saat 00:00-dan etibarən ləğv ediləcək.
Məhdudiyyətlər Bakı Şəhər Halqasının keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq olunmuşdu.
Saat 00:00-dan etibarən marşrutları müvəqqəti dəyişdirilmiş avtobuslar da əvvəlki hərəkət sxemi üzrə fəaliyyətini bərpa edəcək.
Tras ərazisində quraşdırılmış konstruksiyaların sökülməsinə isə 26 sentyabrda, yarışlar başa çatdıqdan dərhal sonra başlanılıb.

