Sent-Vinsent adasında baş verən kütləvi atışma nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə güllə yarası alıb.
Bu barədə St Vincent Times məlumat yayıb.
Hadisə Qrin-Hill rayonunda, kriminal vəziyyətin yüksək olduğu əraziyə yaxın yerləşən mağazanın qarşısında baş verib.
Məlumata görə, sentyabrın 25-dən 26-na keçən gecə silahlı şəxslər avtomobillə hadisə yerinə gələrək bir qrup insana atəş açıblar. Atışma nəticəsində üç kişi və bir qadın həyatını itirib. Ölənlərin yaşlarının 22–30 arasında olduğu bildirilir.

Daha dörd nəfər müxtəlif dərəcəli güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Hücumun motivi hələlik müəyyən edilməyib. Hüquq-mühafizə orqanları hadisəni görən və ya hücumla bağlı hər hansı məlumata malik şəxsləri polisə müraciət etməyə çağırıb.

