Ankara Respublika Baş Prokurorluğunun Mətbuat Cinayətlərinin Araşdırılması Bürosu sosial şəbəkədə “Çox mühüm bir nazir cümə günü istefa verəcək” paylaşımı edən Ali Tarakcı barəsində araşdırma başladıb. O, “ictimaiyyəti yanıltıcı məlumatı açıq şəkildə yayma” maddəsi üzrə ittiham olunur.
Araşdırma çərçivəsində saxlanılan Tarakcı polis bölməsindəki prosedurlardan sonra Ankara Ədliyyəsinə aparılıb.

Prokurorluqda ifadəsi alındıqdan sonra növbətçi sülh cəza hakimliyinə göndərilən Tarakcı barədə “ictimaiyyəti yanıltıcı məlumatı açıq şəkildə yayma” ittihamı ilə həbs qərarı verilib.

