Kanadada Monreal yaxınlığında helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində dörd nəfər həyatını itirib. Bu barədə CBC News polisə istinadən məlumat yayıb.
Məlumata görə, xilasedicilər hadisə yerinə çatarkən helikopter artıq alov içində olub. Təyyarədə olan dörd nəfərin hamısının öldüyü bildirilib.
Hazırda ölənlərin şəxsiyyəti açıqlanmayıb. Helikopterin kimə məxsus olduğu və haradan havaya qalxdığı barədə də məlumat verilmir.
Polis bildirib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. İstintaq ilkin mərhələdə olduğundan əlavə detallar hələlik açıqlanmır.

