Amerikalı rejissor, Cim Kerrinin baş rolda çəkildiyi “Maska” (1994) kult komediyası ilə tanınan Çak Rassell 75 yaşında vəfat edib. Bu barədə TMZ portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, iyulun 22-də təcili yardım əməkdaşları huşunu itirməsi ilə bağlı çağırış əsasında rejissorun Kaliforniya ştatının San-Dieqo şəhərindəki evinə gəliblər.
Ölümün səbəbi hələlik müəyyən edilməyib.

Çak Rassellin rejissor kimi debüt işi “Qarağac küçəsində kabus 3: Yuxu döyüşçüləri” (1987) qorxu filmi olub.
O, sonrakı illərdə Arnold Şvartseneggerin rol aldığı “Silici” (1996) döyüş filmini və Dueyn Consonun çəkildiyi “Əqrəblər kralı” (2002) macəra filmini lentə alıb.
Rejissorun son filmi olan mistik qorxu janrındakı “Cadugər lövhəsi” 2024-cü ildə ekranlara çıxıb. Rassell bu layihədə həm də prodüser və ssenarist kimi çalışıb.

