Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən pisləşib.
Bu barədə şairin oğlu Nazim Həsənzadə Oxu.Az-a məlumat verib. Onun sözlərinə görə, əvvəlcə atasının vəziyyətində yaxşılaşma müşahidə olunsa da, səhhəti qəfil ağırlaşıb.
“Atam qəfildən özünü pis hiss etdi. Onu yenidən süni tənəffüs aparatına qoşublar. Həkimlər vəziyyətinin ciddi olduğunu bildirirlər. Ümid edirik ki, hər şey yaxşı olacaq”, – deyə o bildirib.

