Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyi vəzifəsinə yeni namizəd irəli sürülüb.
Məlumata görə, bu barədə sabah keçiriləcək konfransla əlaqədar Azərbaycan Kinematoqrafçılar İttifaqının yaydığı müraciətdə bildirilib.
Qeyd olunub ki, AKİ sədrliyi vəzifəsinə Xalq artisti Şəfiqə Məmmədova ilə yanaşı, Xalq artisti Həmidə Ömərovanın da namizədliyi irəli sürülüb.
Konfrans nümayəndələrinə ünvanlanan müraciətdə sədr seçkilərində alternativ namizədlərin olmasının vacibliyi vurğulanıb və namizədlərin irəli sürülməsinə hər hansı məhdudiyyət qoyulmasının yolverilməz olduğu bildirilib.
“AKİ sədrinin seçilməsi şəffaf və ən əsası, demokratik prinsiplər əsasında keçirilməlidir. Alternativsiz keçirilən seçkilər ədalətli hesab edilə bilməz”, – müraciətdə qeyd olunub.

