12 
apr
2024
14:32
102

Bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edildi - Video

12 apr, 2024
14:32
102

Bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bununla bağlı “Den.az”-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalmış vətəndaşa müvafiq köməklik göstərilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar